Ölçü cihazları

Bütün ölçü  cihazlarinda şkala (bölgü)vardir.Fiziki kəmiyyətlərin qiymətlərinin ölçülməsində cihazlarin şkalasinin ölçü həddini  və bir bölgüsünün qiymətini müəyyənləşdirmək çox vacibdir.
Xətkeş şkalasinin bir bölgüsünün qiymətini təyin etmək üçün xətkeş şkalasinda ixtiyari 2 ən yaxin böyük cizgini təyin edib(3və 4) bu qiymətlərin fərqini hesablamaliyiq(4-3).Sonra həmin cizgilər arasinda neçə bölgü yerləşdiyini bilməli(n=10).Fərqdən aldiğimiz qiyməti həmin bölgülərin sayina bölərək xətkeşin bir bölgüsünün  qiymətini tapariq.
           1:10=0,1sm=1mm

Beləliklə sm-lik xətkeşin bir bölgüsünün qiyməti 1mm-dir.
Maddələrin mühüm xassələrindən biri kütlədir.Kütlə cismin ağirliq

dərəcəsini ifadə edir.Cismin ağirliği ondaki maddənin miqdarindan asilidir.Belə ki,cisimdəki maddənin miqdari nə qədər çox olarsa,o daha ağir olar.BS-də kütlə vahidi kq qəbul olunmuşdur.Cisimlərin kütləsi müxtəlif vahidlərlə də ifadə oluna bilər:


 Kütlə m hərfi ilə işarə olunur və tərəzi vasitəsilə ölçülür.
Cismin kütləsinin birbaşa ölçülməsi qollu tərəzi,yayli tərəzi və elektron tərəzilər vasitəsilə həyata keçirilir.Fizika labaratoriyyalarinda cismin kütləsi çox vaxt qollu tərəzi vasitəsilə ölçülür.Bu tərəzi müxtəlif çəki daşlari yiğimi ilə təchiz olunmuşdur.Cismin kütləsini təyin etmək üçün onu tərəzinin sol,çəki daşlarini isə sağ gözünə qoyurlar.Cismin və çəki daşlarinin kütlələri bərabər olduqda tərəzi tarazliq vəziyyətini alir.Hər bir tərəzinin ölçmə hüdudu vardir.Məktəb tərəzisində kütləsi 10mq ilə 200q arasinda cisimlərin kütləsini təyin etmək mümkündür.
Cisimlərin qizma dərəcəsini təyin edən kəmiyyət temperatur adlanir.Temperaturu ölçmək üçün istifadə olunan cihaz termometr adlanir.Termometrlər müxtəlifdir:spirtli.civəli,metallik,elektron.Termometrlərin hər biri müəyyən temperatur şkalasi ilə təchiz olunur.Temperatur şkalasini hazirlayanlardan biri İsveç alimi Andres Selsi şkalasi adlanir.
Temperatur t hərfi ilə işarə edilir və vahidi dərəcə selsi qəbul olunur.

Комментариев нет:

Отправить комментарий